Главная > Qarabağ > Ermənilər atəşkəsi 116 dəfə pozublar
Ermənilər atəşkəsi 116 dəfə pozublar5-02-2018, 09:37. |
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. Uluyol.az-ın Müdafiə Nazirliyinin saytına istinadən
verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində,
İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində
və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində
yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy
rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə
tutulub. Вернуться назад |