Главная > Siyasət > Moldovada parlament seçkilərinin vaxtı müəyyənləşib

Moldovada parlament seçkilərinin vaxtı müəyyənləşib


5-02-2018, 08:12.

                 Moldovada parlament seçkilərinin vaxtı müəyyənləşib

 

Bu ilin noyabrında Moldovada növbəti parlament seçkiləri keçiriləcək.

"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə parlamentin sədri Andrian Kandu bildirib.

"Hazırki parlamentin mandatı bu ilin noyabr ayında bitir. Çox güman ki, həmin ayın sonu yeni seçkilər keçiriləcək. Cari ilin yayında isə seçki gününün tarixi də müəyyənləşəcək", - deyə o, əlavə edib.

A. Kandu Moldova parlamentinin reqlamentində ediləcək dəyişikliklərdən də söz açıb. O, qeyd edib ki, seçkilər qarışıq sistem üzrə keçiriləcək. Belə ki, 50 deputat partiya siyahısı və 51 deputat birmandatlı seçki dairəsi üzrə seçiləcək. Bununla yanaşı, spiker Moldova Konstitusiyasının preambula hissəsinə də düzəlişin ediləcəyini vurğulayıb.

"Konstitusiyanın preambulasına Avropaya inteqrasiya məqsədləri haqqında düzəlişi də əlavə edəcəyik. Əsas qanuna düzəlişin bu ilin iyulunda edilməsi planlaşdırılır", - deyə A. Kandu bildirib.

Qeyd edək ki, Moldovada son parlament seçkiləri 30 noyabr 2014-cü ildə keçirilib.

 


Вернуться назад