Главная > Kriminal > Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu: Kapitan, baş leytenant…

Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu: Kapitan, baş leytenant…


3-02-2018, 15:56.

              Narkotacirlə əlbir olan 3 polis DİN-dən qovuldu: Kapitan, baş leytenant…

 

Şirvan şəhərində üç polis əməkdaşı daxili işlər orqanlarından xaric ediliblər.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis əməkdaşları barəsində Şirvan şəhər sakini, keçmiş məhkumAnar Həsənovunifadəsi əsasında araşdırma başlayıb.

Məlum olub ki, baş leytenantƏvəz İmanov, kapitanOrman İmanovvə polis serjantıRauf Nərimanovunnarkoticarətlə məşğul olan A.Həsənovla işbirliyi olub. Adıçəkilən hüquq-mühafizə xidməti işçiləri həbs olunan zamanı A.Həsənova "himayədarlıq” etmədikləri üçün o, "qisas” almaq məqsədi ilə əlindəki sübutları polisə təqdim edib.

Səs yazıları və görüntülər əsasında polisləri istintaqa cəlb ediliblər. Narkotacirlə işbirlikləri sübuta yetirilən hər üç polis əməkdaşı vəzifələrindən azad ediliblər.

 


Вернуться назад