Главная > Cəmiyyət > MŞ foto yaydı: “Bu cür ağlasığmaz yaramazlığı…”

MŞ foto yaydı: “Bu cür ağlasığmaz yaramazlığı…”


3-02-2018, 18:47.

                         Mətbuat Şurası foto yaydı:"Bu cür ağlasığmaz yaramazlığı…”

 

Şəkildə gördüyünüz bu vəsiqələr guya Azərbaycan Mətbuat Şurasınındır.

Bu sözləri Mətbuat Şurası sədrinin köməkçisi Əvəz Rüstəmov deyib.

Onun sözlərinə görə, kimlərsə Mətbuat Şurasının adından istifadə edərək saxta vəziqə hazırlayıb : "Onlar vəsiqə satmaqla, ayrı-ayrı şəxslərə bu vəsiqələri göstərib qorxutmaqla, hədə-qorxu gəlməklə, etdikləri murdarlığa mədəni libas geydirməklə məşğuldurlar.

Bəziləri də var ki, məsələni öz aləmlərində ictimailəşdirirlər. Sanki onların kim olduqlarını, bu vəsiqə dəllallarından az da olsa, fərqlənmədiklərini bilmirik.

Mətbuat Şurasının adından istifadə edən vəsiqəbazlar tam arxayın olsunlar ki, hər biri qanun qarşısında cavab verməli olacaq. Elə indidən bu cür ağlasığmaz yaramazlığı necə düşündüklərinə izahat verməyi boş başlarında məşq etsinlər. Əgər bacaracaqlarsa…”//teleqraf.com


Вернуться назад