Главная > Aktual > Almaniya Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarına sığınacaq verib

Almaniya Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarına sığınacaq verib


3-02-2018, 15:02.

                 Almaniya Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarına sığınacaq verib

 

Almaniya 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhdin təşkilatçılarından olan 4 hərbçiyə siyasi sığınacaq verib.

"Report" xəbər verir ki, bu barədə "Spiegel" jurnalı yazıb.

Bildirilir ki, onlar dövlət çevrilişinə cəhdin təşkilatçılarından hesab edilirlər. Həmin şəxslər arasında Ankara Hərbi Akademiyasının polkovniki İlham Polad da var. Türkiyə daha əvvəl Poladı dövlətə xəyanətdə və terror təşkilatı ilə əlaqədə ittiham edib.

Xatırladaq ki, Türkiyədə dövlət çevrilişinə cəhd 2016-cı il iyulun 15-dən 16-a keçən gecə baş verib.

 


Вернуться назад