Главная > Dünya > Ərdoğan: "Rusiya bunun nəticəsini görəcək"

Ərdoğan: "Rusiya bunun nəticəsini görəcək"


30-01-2016, 22:34.

Rusiya etdiklərinin nəticəsini görəcək.


 Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Su-34 təyyarəsinin hava sərhədini pozması olayına münasibət bildirərkən deyib.

 

"Dünən Rusiya hərbi təyyarəsi hava sərhədimizi pozdu. Xəbərdarlıqlara baxmayaraq, yenə də sərhədimiz pozuldu. Biz bu hadisəni gərginliyi daha da artırmaq istəyi olaraq qəbul edirik. Mövzu ilə bağlı NATO araşdırma aparır. Bizdən əvvəl NATO olayı müəyyən edib. Rusiya belə davam edərsə, nəticəsini də görəcək”, - Ərdoğan deyib. 


Вернуться назад