Главная > Baş Xəbər > Əfsanəvi futbolçu Trampı təhqir etdiyi üçün ABŞ-a buraxılmadı

Əfsanəvi futbolçu Trampı təhqir etdiyi üçün ABŞ-a buraxılmadı


2-02-2018, 22:05.

             Əfsanəvi futbolçu Trampı təhqir etdiyi üçün ABŞ-a buraxılmadı

 

Argentinalı əfsanəvi futbolçu Dieqo Maradonanın ABŞ-a girişinə qadağa qoyulub.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb futbolçunun Venesuelanın dövlət Televiziyası olan Telesura müsahibəsində ABŞ prezidenti Donald Trampı kukla adlandırması olub.

Vəkili ilə bərabər ABŞ səfirliyində olarkən futbolçunun vəkili Matias Morla ondan ABŞ haqqında verilən suala müsbət cavab verməsini istəyib. Lakin səfirlikdə ABŞ prezidenti haqqında nə düşünürsən sualına vəkildən öncə futbolçu cavab "kukla" cavabını verib.

Qeyd edək ki, bu, futbolçuya ABŞ-a getməklə bağlı qoyulan ilk qadağa deyil. Belə ki, o, 1994-cü ildə Dünya Kubokunun yarışları ərəfəsində qanında kokain aşkarlandığı üçün də ABŞ-a buraxılmamışdı.

 


Вернуться назад