Главная > Mövqe > XİN: Türkiyə Suriyada işğalçı deyil, xilaskardır
XİN: Türkiyə Suriyada işğalçı deyil, xilaskardır2-02-2018, 15:47. |
Türkiyə Suriyada işğalçı deyil, xilaskardır. Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Zeytun budağı" əməliyyatını şərh edərkən deyib. Nazir qeyd edib ki,
Afrində əməliyyatın məqsədi bütün regionu, o cümlədən Türkiyəni təhdid edən
terrorçuların məhv edilməsidir. Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Вернуться назад |