Главная > İqtisadiyyat > “Google” 20 ildə ilk dəfə gəlirlərini 110 mlrd. dollara çatdırıb

“Google” 20 ildə ilk dəfə gəlirlərini 110 mlrd. dollara çatdırıb


2-02-2018, 14:07.

                 "Google” 20 ildə ilk dəfə gəlirlərini 110 mlrd. dollara çatdırıb

 

"Google” şirkəti 2017-ci ilə dair maliyyə nəticələrini açıqlayıb.

"APA-Economics” xəbər verir ki, şirkətin gəlirləri 20 ildən bəri ilk dəfə 100 mlrd. dolları ötərək 110 mlrd. dollara çatıb.

"Google” şirkətinin 2016-cı ildəki toplam gəlirləri təxminən 90 mlrd. dollar olub.

Qeyd edək ki, 2017-ci ildə gəlirləri 100 mlrd. dolları ötən şirkətlər arasında "Walmart”, "Volkswagen”, "Toyota”, "Apple”, "Shell” ve "State Grid” kimi 40 şirkətin adı var.

 


Вернуться назад