Главная > Dünya > Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub

Fransada iki hərbi helikopter toqquşub, 5 nəfər həlak olub


2-02-2018, 13:25.

                  Fransada iki hərbi helikopter toqquşub5 nəfər həlak olub

 

Bu gün səhər Fransanın Var departamentində, Karkes gölü yaxınlığında havada iki hərbi helikopter toqquşub.

Bu barədə "Report" "Sputnik"ə istinadən xəbər verir.

Bildirilir ki, toqquşma nəticəsində 5 nəfər həlak olub, 6-cı sərnişinin taleyi məlum deyil.

Yerli hakimiyyət orqanları hadisənin araşdırılmasına başlayıb. Polisə məxsus helikopter hadisə yerinə gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.

 


Вернуться назад