Главная > Region > Neftçala rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…
Neftçala rayon Mərkəzi Xəstəxanası ilə bağlı şok şikayət: Rüşvət, özbaşınalıq, soyğunçuluq…2-02-2018, 10:43. |
Bu gün redaksiyamıza Neftçala rayon Mərkəzi Xəstəxanası haqqında şikayət daxil olub. İsmaric.az-a daxil olan məlumatda deyilir ki,
Neftçala rayon Mərkəzi Xəstəxanasında və rüşvət baş alıb gedir. Xəstəxanada
pinti bir mühit və dözülməz şərait var. Məlumatda deyilir ki, xəstəxanada çalışan həkim və tibb bacılarının əksəriyyəti xəstə sahiblərindən açıq-aşkar pul istəyirlər. Pul vermək istəməyən xəstələrə isə tibb bacıları tərəfindən xidmət göstərilmir. Xəstəxanada həkimlərin müayinə haqqı 10-30 manat civarındadır. Məlumatda qeyd olunur ki, hazırda Neftçala rayon Mərkəzi Xəstəxanası demək olar başdan ayağa rüşvətə bürünüb. Xəstəxanada tibb avadanlıqları olmasına baxmayaraq şəhər sakinləri analiz vermək üçün digər tibb müəsiəssinə müraciət edirlər. Çünki Telman Zahidovun rəhbərlik etdiyi Neftçala rayon Mərkəzi Xəstəxanası başdan ayağa korrupsiyanın içindədir. İnformasiya mənbəmiz bildirir ki, Neftçala rayon Xəstəxanası qeydiyyyat otağından başlayaraq həkim müalicəsinə kimi hər bir prosesin öz məzənnəsi var. Vətəndaşlardan alınan rüşvətin qarşılığında belə normal tibbi xidmətin olmamasına görə sakinlər başqa xəstəxanalara daha çox müraciət etmək məcburiyyətində qalırlar. Məlumatda daha sonra qeyd olunur ki, hətta palataların təmizlənməsi
üçün də xəstələrdən pul tələb edilir.Neftçala rayon Mərkəzi Xəstəxanada
bu cür özbaşınalıqlarla daha çox kəndlərdən gətirilən ağır xəstələrin üzləşdiyi
vurğulanır. Belə ki, kəndlərdən gələn əksər xəstə sahiblərinin gedəcək bir yerləri
olmadığından, şikayət edəcəkləri ünvan tanımamaqları xəstəxananın rüşvət alan
personalının "əl-qolunu” açır. Bildirilir ki, bu xəstəxanada alətlərin əksəriyyəti pasiyentlərə edilən xidmətdən sonra təmizlənmir. Hətta burada işləyən həkimlər və tibb bacıları tibbi maskalardan və əlcəklərdən istifadə etmirlər. Xəstaxanada baş verən rüşvətxorluğa və antisanitariyaya baş həkim Telman Zahidov "göz yumur”. İddiaya görə, baş həkim Telman Zahidov”göz yummağına” səbəb isə həkimlərin və tibb bacılarının yığdıqları rüşvətin 60-70 faizinin ona çatmasıdır. Bundan başqa, iddia olunur ki, baş həkim yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı məlumat alıb. Ona görə də "əlimyandı”ya düşüb ki, bacardıqca vəzifəsindən sui-istifadə eləsin, daha çox qazansın. Bəs görəsən Telman Zahidov bu korrupsiyaya niyə göz
yumur? Bu sualların cavabı növbəti sayımızda. Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.//ismaric.az Вернуться назад |