Главная > Aktual > Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb


1-02-2018, 23:41.

                 Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 12 nəfər ölüb

 

Çində hərbi təyyarənin qəzaya uğraması nəticəsində ən azı 12 heyət üzvü həyatını itirib.

"Report” xəbər verir ki, bu barədə hərbi mənbələrə istinadən "South China Morning Post" nəşri yazıb.

Bildirilir ki, qəzaya "Y-8"in bazasında şəkli dəyişdirilmiş yeni tip yanacaqdoldurma təyyarəsi uğrayıb.

Hadisə zamanı sağ qalan olmayıb. Çünki təyyarənin göyərtəsində olanlardan heç kim paraşütdən istifadə etməyə macal tapmayıb.

 


Вернуться назад