Главная > Media > Dilçilik İnstitutu xəbər saytlarının növbəti monitorinqinə başlayıb

Dilçilik İnstitutu xəbər saytlarının növbəti monitorinqinə başlayıb


1-02-2018, 11:18.

                              Dilçilik İnstitutu xəbər saytlarının növbəti monitorinqinə başlayıb

"Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsi xəbər saytlarının Azərbaycan ədəbi dilinin normalarına əməl edib-etməməsini öyrənmək məqsədi ilə növbəti monitorinqə başlayıb".

Bunu şöbənin müdiri Sevinc Əliyeva deyib.

O bildirib ki, bir aya yaxındır monitorinqə start verilib: "Həm əsas aparıcı xəbərsaytları, həm də bəzi digər saytlar monitorinqə cəlb olunub. Monitorinqə cəlb olunan saytların sayı ötən illərlə nisbətdə çoxdur".

Şöbə müdirinin sözlərinə görə, əvvəlki monitorinqlərin nəticələrinə əsasən demək olar ki, saytların əksəriyyətində eyni səhvlər müşahidə olunur: "Biz səhvləri ümumiləşdirməyə çalışırıq, məqsədimiz hansısa saytın adını çəkmək deyil. Monitorinqin aparılmasında əsas məqsəd Kütləvi İnformasiya Vasitələrində müşahidə olunan dil pozuntuları və qüsurları, ümumi səhvləri ortaya qoymaq və bu məsələnin həlli yolları üçün tövsiyə və təkliflərimizi verməkdir".(report)

 


Вернуться назад