Главная > Dünya > "Barselona" "Atletiko"nu məğlub etdi

"Barselona" "Atletiko"nu məğlub etdi


30-01-2016, 21:22.
"Barselona" İspaniya La Liqasında növbəti oyununa çıxıb.

Qol.Az-ın məlumatına görə, Kataloniya klubu 22-ci turda Madrid "Atletiko"su ilə qarşılaşıb. Matç Luis Enrikenin komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Atletiko" - 2:1
Qollar: Koke, 10 (0:1), Lionel Messi, 30 (1:1), Luis Suares, 38 (2:1)
Qırmızı vərəqələr: Felipe Luis, 44, Dieqo Qodin, 65 (hər ikisi "Atletiko")


Bu qələbə ilə "Barselona" xalını 51-ə yüksəldib və ilk pillədəki yerini qoruyub. Kataloniya klubundan 1 oyun çox keçirən "Atletiko" 48 xalla 2-ci, "Real" 44 xalla 3-cüdür.

Qeyd edək ki, "Barselona"nın türk futbolçusu Arda Turan sözügedən qarşılaşmada iştirak edib. O, sabiq klubuna qarşı matçın 67-ci dəqiqədə İvan Rakitiçin əvəzinə meydana daxil olub.

Вернуться назад