Главная > Baş Xəbər > Parlament iclasına gecikdiyinə görə istefa verdi – VİDEO

Parlament iclasına gecikdiyinə görə istefa verdi – VİDEO


1-02-2018, 16:35.

                Parlament iclasına gecikdiyinə görə istefa verdi – VİDEO

 

Britaniya Parlamentinin iclasına gecikdiyinə görə kefi pozulan Lordlar Palatasının üzvü Maykl Beyts həmkarlarından üzr istəyərək istefa verib.

Oxu.Az xəbər verir ki, hadisə barədə "The Washington Post” məlumat yayıb.

Bir neçə dəqiqə uzanan videoda lord, özünün dediyi kimi, "ədəbsizliyinə” və ona ehtiyac olan vaxt iclasda olmadığına görə üzrxahlıq edir.

Lord bir neçə dəqiqə geciksə belə, özünü radikal şəkildə cəzalandırmağa qərar verib.

"Baş verənlərə görə, sözün əsl mənasında, xəcalət çəkirəm, ona görə də elə bu dəqiqə baş nazirin qarşısında tutduğum vəzifədən istefa verirəm”, - deyə Beyts bildirib.

Daha sonra siyasətçi etiraz sədaları altında iclas zalını tərk edib.

Palata sədri bunu radikal addım hesab edərək, gecikməyə görə sadə üzrxahlığın kifayət etdiyini söyləyib.

"Mənə qalsaydı, bütün nazirlərdən ən son onu istefaya göndərərdim”, - deyə palata sədri deyib.

 


Вернуться назад