Главная > GÜNDƏM > Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib

Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib


1-02-2018, 18:56.

               Qazaxıstan parlamentinin spikeri Azərbaycana gəlib

 

Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfəri başlayıb.

APA-nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağı Azərbaycan Milli Məclisinin I vitse-spikeri Ziyafət Əsgərov və digər rəsmi şəxslər qarşılayıb.

Fevralın 2-dək davam edəcək səfər zamanı N. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək. Səfər çərçivəsində o, Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Katibliyini də ziyarət edəcək.

 


Вернуться назад