Главная > Region > Ramil Usubov Şirvanda vətəndaşları qəbul edəcək

Ramil Usubov Şirvanda vətəndaşları qəbul edəcək


1-02-2018, 18:26.

                     Ramil Usubov Şirvanda vətəndaşları qəbul edəcək

 

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Şirvanda vətəndaşları qəbul edəcək.

Bu barədə musavat.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş fevral ayının 24-də saat 10:00-da Şirvan Şəhər Polis Şöbəsində baş tutacaq. Qəbulda Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, Cəbrayıl, İmişli, Zərdab, Saatlı şəhər və rayonlarının sakinlərini iştirak edə bilərlər.

Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

 


Вернуться назад