Главная > Səhiyyə > Günəbaxan və balıq yağını uzun müddət istifadə etmək zərərlidir

Günəbaxan və balıq yağını uzun müddət istifadə etmək zərərlidir


1-02-2018, 15:12.

                Günəbaxan və balıq yağını uzun müddət istifadə etmək zərərlidir

 

 

Günəbaxan və ya balıq yağının uzunmüddətli istifadəsi qara ciyərdə ciddi problem yarada bilər. Novator.az-ın məlumatına görə, Qranada Universitetinin (İspaniya) bir qrup alimi apardığı tədqiqatın nəticələrinə əsaslanaraq belə qənaətə gəlib.

Tədqiqatçılar zeytun, günəbaxan və balıq yağının uzunmüddətli istifadəsini siçovulların qara ciyəri üzərində kompleks şəkildə analiz ediblər. Mütəxəssislər telomerlərin uzunluğunu ölçüblər, sonra isə elektron mikroskop vasitəsilə orqanizmdə ultrastruktur dəyişikliyi izləyiblər.

Telomerlər – qoruyucu funksiyanı yerinə yetirən xromosomların son hissələridir. Telomerin qısalması yaşlanma, uzanması isə xərçəng xəstəliyinin yaranması ilə bağlıdır.

Araşdırma göstərib ki, qidasında zeytun yağından istifadə olunan siçovulların qara ciyəri daha sağlamdır.

Günəbaxan yağı fibrozaya, yəni birləşdiricı toxumaların böyüməsinə və ultrastruktur dəyişikliyə gətirib çıxarıb. Balıq yağı isə yaşa bağlı olan oksidləşmə prosesini artırıb və telomerin uzunluğunu dəyişib. Həmçinin günəbaxan və balıq yağları qeyri-alkoqol mənşəli hepatit xəstəliyinə tutulmaq şansını da artırıb.

 


Вернуться назад