Главная > Dünya > Koreyadan raket hücumu… – ABŞ biabır oldu

Koreyadan raket hücumu… – ABŞ biabır oldu


1-02-2018, 11:52.

                    Koreyadan raket hücumu… –ABŞ biabır oldu

ABŞ Hərbi Dəniz Donanması "İcis” hava hücumundan müdafiə sistemlərini sınaqdan keçirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, sınaq Havayın Kauai adasında baş tutub.

Döyüş təyyarələrindən atılan "SM 3 Blok IIA” raketi sistem tərəfindən məhv edilməli olsa da, "Rheyson” şirkəti tərəfindən hazırlanan sistemlər raketləri tuta bilməyib.

Pentaqon məsələ ilə bağlı açıqlama verməkdən imtina edib. Məlumatlara görə, bu sistemlər Şimali Koreyanın raket hücumundan müdafiə olunmaq üçün hazırlanıb.

 


Вернуться назад