Главная > Media > Türkcə “Euronews” niyə yoxa çıxıb?

Türkcə “Euronews” niyə yoxa çıxıb?


30-01-2018, 16:29.

                   Türkcə "Euronews” niyə yoxa çıxıb?

 

Türkiyədə "Euronews” televiziya kanalının dövlət dilində yayımı yanvarın 28-dən dayandırılıb.

Novator.az-ın məlumatına görə, bu, Türkiyə Radio və Televiziya Qurumu (TRT) ilə "Euronews” arasında 2009-cu ildə imzalanmış razılaşmaya son verilməsi ilə bağlıdır. Həmin razılaşma əsasında TRT "Euronews” kanalının səhmlərinin bir hissəsinə sahib idi.

Kanal "Тurksat 3A” peykindən çıxarıldığı üçün dünyada, o cümlədən Azərbaycanda "Euronews” kanalını türk dilində izləmək mümkün deyil.

2009-cu il razılaşmasına son verilməsinin TRT-nin təşəbbüsü olduğu deyilir.

"Euronews” kanalının türk versiyası 2010-cu il yanvarın 30-dan yayımlanır.

Avropa İttifaqının layihəsi olan "Euronews” kanalı 1993-cü ildə yaradılıb. Kanalın mərkəzi ofisi Fransanın Lion şəhərində yerləşir.

 


Вернуться назад