Главная > GÜNDƏM > İtaliya Qarabağı prioritet elan etdi

İtaliya Qarabağı prioritet elan etdi


30-01-2018, 13:29.

                        İtaliya Qarabağı prioritet elan etdi

İtaliyanın 2018-ci ildə ATƏT-ə sədrlik edəcəyi müddətdə qarşıya qoyacağı prioritet məsələ həlli uzanan münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllini tapmasına vasitəçilik etmək olacaq.

Bu barədə İtaliyanın xarici işlər naziri,ATƏT sədri olaraq ilk rəsmi səfərini Ukrayna və Rusiyaya salmış Ancelino Alfano "RİA Novosti”yə verdiyi müsahibədə deyib.

"Təşkilata sədrlik edəcəyimiz müddətdə Ukrayna böhranı və ATƏT zonasında həlli uzanan münaqişələrə (Dağlıq Qarabağ, Dnestryanı, Gürcüstan) maksimum diqqət ayıracağıq. Prioritet məsələ Ukrayna böhranının həlli yollarının tapılmasınavasitəçilik etmək olacaq”, - deyə A. Alfano bildirib. (Oxu.Az)

 


Вернуться назад