Главная > Dünya > Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi

Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi


30-01-2018, 12:45.

                  Türk ordusu daha bir yüksəkliyi ələ keçirdi

 

Afrində PKK/YPG terrorçularına qarşı həyata keçirilən "Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusu Burseya dağı yaxınlığındakı strateji yüksəkliyi ələ keçirib.

Axar.az xəbər verir ki, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin həyata keçirdiyi bombardmandan sonra Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun qüvvələri yüksəkliyə hücum edərək oranı tam nəzarətə götürüb.

Qarşıdurma zamanı 15 terrorçu məhv edilib. Bu yüksəkliyin ələ keçirilməsi ilə əməliyyatın qərb xəttində önəmli uğur əldə olunub.

 


Вернуться назад