Главная > Ölkə > Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb

Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb


30-01-2018, 11:39.

                      Gəncədə evində 40 uşağı dini təriqətə qanunsuz cəlb edən şəxs saxlanılıb

 

Gəncə şəhəri, Nizami rayon sakini 1972-ci il təvəllüdlü Ədalət Sarıyev dini təriqəti qanunsuz yaydığına görə saxlanılıb.

"Report” xəbər verir ki, araşdırma zamanı onun xristian yönümlü "Şərqdə ulduz” təriqətini təbliğ etdiyi məlum olub. Ə.Sarıyevin evində bu təriqətə qoşulmuş 100-ə yaxın şəxs müəyyən edilib. Onlardan 40-ı azyaşlılardır.

Ə.Sarıyev haqqında toplanan materiallar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə göndərilib.

Qeyd edək ki, yerli KİV-də yer alan məlumatlara əsasən, "Şərqdə ulduz” xristian yönümlü dini icmasına Almaniyadan maliyyə dəstəyi gəlir.

 


Вернуться назад