Главная > GÜNDƏM > Gürcüstan Rusiya qazından birdəfəlik imtina etdi

Gürcüstan Rusiya qazından birdəfəlik imtina etdi


29-01-2018, 23:17.

                     Gürcüstan Rusiya qazından birdəfəlik imtina etdi

 

Gürcüstan Rusiya qazının alışından birdəfəlik imtina edib. Gürcüstan iqtisadiyyatnazirinin müavini Georgi Çikovani bildirib ki, ölkənin yanacağın bu növünə olan tələbatını Azərbaycan tamamilə ödəyir.

"Sadəcə olaraq, Rusiya qazı Gürcüstana lazım deyil, Azərbaycan qazı bizə tamamilə kifayətdir”, - "Azadlıq” radiosu məmurun sözlərindən iqtibas gətirir.

Gürcüstanın tamamilə Azərbaycan qazına keçidini ekspertlər "Cənub Qaz Dəhlizi” boru kəməri sistemi layihəsi ilə əlaqələndirirlər. Həmin layihə çərçivəsində yanacaq borular vasitəsilə Azərbaycandan Türkiyəyə, oradan isə Avropa İttifaqı ölkələrinə nəql ediləcək.

 


Вернуться назад