Главная > Dünya > Rusiyada ölüm göstəricisi doğumu üstələyib

Rusiyada ölüm göstəricisi doğumu üstələyib


29-01-2018, 18:55.

                    Rusiyada ölüm göstəricisi doğumu üstələyib

 

Rusiya Statistika Xidməti 2017-ci il üzrə demoqrafik hesabat açıqlayıb. Novator.az-ın məlumatına görə, sənəddə qeyd olunur ki, 2016-cı illə müqayisədə doğum 10,9%, ölüm halı 3,9% azalıb.

2017-ci ildə Rusiyada 1 milyon 689 min 900 uşaq doğulub. Bu, 2016-cı illə müqayisədə 203 min 400 nəfər azdır.

2016-cı illə müqayisədə ölüm halı 63 min 600 nəfərə qədər azalaraq 1 milyon 824 min 300 nəfər təşkil edib.

Ötən il üzrə əhali itkisi 134 min 400 nəfər göstərilir. 2016-cı ildə isə doğulanların sayı 5 min 400 nəfər çox olub.

Rəsmi hesabatda ötən il 1 milyon 49 min 700 nikahın qeydə alındığı vurğulanır. Bu, 2016-cı illə müqayisədə 63 min 900 çox nikah deməkdir.

Boşanma sayının da artdığı qeyd olunur. 2017-ci ildə ölkədə 611 min 400 cütlük boşanıb. Bu, 2016-cı ilin göstəricisi (608 min 300 boşanma faktı) ilə müqayisədə 3 min 100 ailə çoxdur.

 


Вернуться назад