Главная > Kriminal > Moskvada Azərbaycan vətəndaşı öldürülüb
Moskvada Azərbaycan vətəndaşı öldürülüb29-01-2018, 15:21. |
Rusiya paytaxtında Azərbaycan vətəndaşının ölümü ilə nəticələnən silahlı insident baş verib. Hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə verilən məlumata görə, hadisə yanvarın 28-də gecə paytaxtın "Slavyanskiy bulvar" metro stansiyası yaxınlığında baş verib. Üç nəfər arasında baş verən mübahisə zamanı Azərbaycan vətəndaşı, Sumqayıt şəhəri sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Mahir aldığı güllə yarasından hadisə yerində ölüb. Olayın iştirakçısı olan digər Sumqayıt sakini, 1985-ci il təvəllüdlü Əli Hüseynov isə yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Qətli törədən törədən şəxs silahı hadisə yerinə qoyaraq
qaçıb.
Вернуться назад |