Главная > Siyasət > Seçkinin ilk turunda prezident önə çıxdı

Seçkinin ilk turunda prezident önə çıxdı


29-01-2018, 12:28.

                     Seçkinin ilk turunda prezident önə çıxdı  

 

Kiprdə yanvarın 28-də keçirilmiş prezident seçkisinin nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, 9 namizədin iştirak etdiyi ilk turda indiki prezident Nikos Anastasiadis 35,5% səslə önə çıxıb. Müxalif namizəd Stavros Malas 30,25% səslə ikinci olub.

Əsas namizədlərdən Nikolas Papadopulosun 25,74% səslə üçüncü yeri tutaraq ələndiyi bildirilir.

Fevralın 4-də keçiriləcək ikinci turda Nikos Anastasiadislə Stavros Malas üz-üzə gələcəklər.

 


Вернуться назад