Главная > Video xəbər > Azərbaycanda siqaret qadağası: Əhali nə düşünür? - VİDEOSORĞU

Azərbaycanda siqaret qadağası: Əhali nə düşünür? - VİDEOSORĞU


29-01-2018, 08:15.

                  Azərbaycanda siqaret qadağası: Əhali nə düşünür? -VİDEOSORĞU

 

Bu ilin əvvəlində hökumət tərəfindən verilən qərarlardan biri də siqaret qadağası oldu. Belə ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edildi. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə edilməsi qərara alındı.

İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsində qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə vətəndaşların otuz manat məbləğində cərimə edilməsi nəzərdə tutulur. Bundan başqa, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnir. Artıq əksər müəssisələrə bununla bağlı xəbərdarlıq göndərlib.

Müşahidələrimiz onu göstərir ki, siqaret qadağalarının müəyyən qədər əhəmiyyəti olub. Əsasən kafe və restoranlarda müştərilərə siqaret çəkmək qadağan edilib. Bəs görəsən, ötən günlər ərzində əhali siqaret qadağasına uyğunlaşa bilibmi? Onlar bu yenilikdən məmnundurlarmı?

Musavat.com bu sualla bağlı ictimai rəyi öyrənmək üçün paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti siqaret qadağasına əməl etdiyini və bu mədəniyyətin Azərbaycanda formalaşmasından məmnun olduğunu bildirib.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Mərd, musavat.com

 


Вернуться назад