Главная > Dünya > Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - istiyə görə

Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - istiyə görə


29-01-2018, 10:58.

                Avstraliyada 50 mindən çox ev işıqsız qalıb - istiyə görə

 

Avstraliyanın cənub-şərqində, Viktoriya ştatında 50 mindən çox ev işıqsız qalıb.

Trend-in məlumatına görə, buna səbəb havanın temperaturunun 40 dərəcəyə çatması olub. Belə ki, elektrik enerjisinə artan qəfil tələbat transformatorların və paylayıcı şəbəkələrin işində problemlərin yaranmasına gətirib çıxarıb.

 

Bu gün səhər saatlarından etibarən əhalinin elektrik enerjisi ilə təminatı tədricən bərpa olunub, lakin təqribən min nəfər hələ də işıqsızdır.

 


Вернуться назад