Главная > Kriminal / GÜNDƏM > Deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb

Deputatlığa namizəd Ramin Hacılı yoxa çıxıb


26-10-2015, 14:01.

İqbal Ağazadə: "Bu hadisənin siyasətə heç bir aidiyyatı yoxdur" 

Ümid partiyasının sədr müavini, deputatlığa namizəd Ramin Hacılı itkin düşüb. R.Hacılının həyat yoldaşı, yazıçı-jurnalist Aysel Əlizadə Lent.az-a bildirib ki, onunla əlaqə dünən axşam saatlarından kəsilib: "Biz gecə saatlarında polisə məlumat vermişik. Ondan hələ ki, bir xəbər yoxdur". 

 

Ümid Partiyasının sədri İqbal Ağazadə isə Lent.az-a açıqlamasında bildirib ki, Ramin Hacılı namizədliyini geri götürməyib: "Gəldiyim qənaət budur ki, son hadisənin siyasətə və Ramin Hacılının namizədliyinə heç bir aidiyyatı yoxdur".(lent.az)


Вернуться назад