Главная > Siyasət > Kiprdə prezident seçkilərinin lideri müəyyənləşib

Kiprdə prezident seçkilərinin lideri müəyyənləşib


28-01-2018, 22:33.

                           Kiprdə prezident seçkilərinin lideri müəyyənləşib

 

Kiprin hazırkı prezidenti, DİSİ ("Demokratik toplantı”) sağçı partiyasının namizədi Nikos Anastasiadis ölkədə keçirilən prezident seçkilərində liderliyi ələ keçirib.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bülletenlərin 50,4 faizi üzrə seçicilərin 35,75 faizi Nikos Anastasiadisə etimad göstərib.

 

İkinci yerdə 29,34 faiz səslə AKEL solçular partiyasının nümayəndəsi Stavros Malas qərarlaşıb.

 

Üçüncü pillədə DİKO (mərkəzçi Demokrat partiyası) nümayəndəsi Nikolas Papadopulos yer alıb. Onu seçicilərin 26 faizini dəstəkləyib.

 

ELAM (Milli Xalq Cəbhəsi) milliyyətçi hərəkatın nümayəndəsi Xristos Xristu 5,95 faiz səs toplayıb.

 

Prezident seçkilərində ümumilikdə 9 nəfər mübarizə aparır.

 


Вернуться назад