Главная > Kriminal > Keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşı saxlanılıb

Keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşı saxlanılıb


28-01-2018, 13:49.

Keçən il narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşı saxlanılıb

 

Daxili işlər orqanları 2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 18 xarici ölkə vətəndaşını tutub.

APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin (DİN) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı təqdim etdiyi hesabatda əksini tapıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı saxlanılanların 7-i İran, 7-i Rusiya, 3-ü Gürcüstan, 1-i Qazaxıstan vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından çəkisi 36 kq 741,212 qr (30,9 kq tiryək, 929,9 qr heroin, 4,8 kq marixuana, 50,290 qr həşiş,) narkotik vasitələr və 9,366 qr metamfetamin psixotrop maddəsi götürülüb

 


Вернуться назад