Главная > Baş Xəbər > Yəmən parçalanır - Hökumət binaları ələ keçirildi

Yəmən parçalanır - Hökumət binaları ələ keçirildi


28-01-2018, 13:58.

                       Yəmən parçalanır- Hökumət binaları ələ keçirildi

Cənubi Yəmənin Ədən şəhərindəki separatçılar bir sıra dövlət müəssisələrini ələ keçiriblər.

Bu barədə informasiyanı "RİA Novosti” agentliyi yayıb. Agentlik ələ keçirilən müəssisələr arasında hökumətin qərargahı, məhkəmə binaları kompleksi və Cebel Hadid hərbi düşərgəsinin də olduğunu bildirib.

Dövlət müəssisələrinin tutulması Cənubi Yəmənin müstəqil dövlət elan edilməsi ilə hərbçilər arasındakı toqquşmadan sonra başlanıb. Separatçılar hökumətin istefaya getməsini tələb ediblər.

Toqquşmalar nəticəsində ilkin məlumatlara görə, 9 nəfər xəsarət alıb. Bunlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib. Hökumət yaranmış vəziyyətlə əlaqədar hava limanının fəaliyyətini dayandırıb.

Səudiyyə Ərəbistanı artıq yaranmış vəziyyətlə bağlı bütün tərəfləri dialoqa səsləyib.

Qeyd edək ki, Cənubi Yəməndəki separatçıların əsas lideri Ədən vilayətinin keçmiş qubernatoru Aydarus əz Zubeydi hesab edilir.(Axar.az)

 



Вернуться назад