Главная > Maraqlı > Boyu uzun olduğu üçün maşın sürməsi qadağan edildi

Boyu uzun olduğu üçün maşın sürməsi qadağan edildi


27-01-2018, 08:35.

                    Boyu uzun olduğu üçün maşın sürməsi qadağan edildi  

 

Məhkəmə boyu uzun olan britaniyalıya maşın sürməyi qadağan edib. Bu barədə lenta.ru saytı "The Telegraph”a istinadən xəbər verir. Polis 26 yaşlı Nyukasl şəhər sakini Adam Elliotu kabrioleti ilə gedəndə saxlayıb. Polislərin diqqətini çəkən kişinin şüşədən çıxan başı olub.

 

Onlar sürücünün maşını ayaqüstə idarə etməsindən şübhələniblər. Daha sonra isə məlum olub ki, avtomobil satışı ilə məşğul olan kişinin boyu 200 santimetr təşkil edir. Buna görə də idarə etdiyi maşına zorla yerləşib. "Polis iddia edirdi ki, mən maşını ayaq üstə idarə etmişəm, amma bu, belə deyildi. Sadəcə mən bu maşın üçün çox hündürəm.
İş daha sonra məhkəməyə verilib. Məhkəmədə isə ona bildirilib ki, təhlükəli şəkildə maşın idarə etdiyi üçün günahkardır. "Açıq-aydın görünür ki, siz maşını o cür idarə etməklə özünüzü göstərməyə, uzun boyunuzla fəxr etməyə çalışmısız. Bununla da digər sürücülərin diqqətini özünüzə cəlb edib, qəza vəziyyəti yaradırdız”.

 

Elliota minimum fevralın 27-ə qədər sükan arxasında oturmağı qadağan ediblər. Həmin tarixdə məhkəmənin növbəti iclası keçiriləcək. Həmin iclasda gənc sürücü üçün cəza tədbiri seçiləcək.

 


Вернуться назад