Главная > Sosial > Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı
Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldı27-01-2018, 10:00. |
Rafael Mehrəliyevin ailə biznesi haqda yeni məlumatlar yayıldıBakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rafael Mehrəliyevlə bağlı yeni sayıla biləcək məlumatlar yayılıb.
İsmaric.az xəbər verir ki, bu haqda 365info.az saytında dərc olunan yazıda olduqca ciddi ittihamlar yer alıb. BŞİH-lə bağlı mövzular son günlər gündəm təşkil etdiyindən və yazıda əksini tapan məlumatların marağını nəzərə alıb həmin materialı qısa ixtisarla dərc edirik. Yazıda bildirilir ki, Rafael Mehrəliyevin yeznəsi Eldar
Şirinovun bir neçə tikinti şirkəti var. Hansı ki, həmin şirkətlər keçən ilədək
Bakı şəhər İH-in tenderlərinin qalibləri olublar. Əsas tikinti tenderləri
Suraxanı rayonunda həyata keçərək məktəb və uşaq bağçalarının layihələri olub.
Sayt daha sonra yazır: "Bu il Rafael Mehrəliyevin göstərişi ilə Eldar Şirinova
tender verilməyib. Çünki E.Şirinov Rafael Mehrəliyevin ailə biznesinin oyun
qaydalarını pozub. İndi də E.Şirinov öz "yaxın adamı” üçün tikdiyi villanı
Rafael Mehrəliyev görəndən sonra qəzəbini saxlaya bilməyərək E.Şirinovu cəzalandırıb.
Ancaq bu cəza növünə baxmayaraq, E.Şirinov Bakı şəhər İH-in tenderlərindən
qazandığı milyonlara Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr, Çobanzadə küçəsində
yerləşən "Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə
pul xərcləyib, restoranın adını dəyəşərək "Favorit” qoyub. "Favorit” restoranı
E.Şirinovun yaxın dostu Samir adlı şəxs tərəfindən işlədilir. Əldə etdiyimiz məlumata görə, hətta E.Şirinovun Günəşli qəsəbəsində mebel fabriki də var. Bir sözlə, Bakı şəhər İH-in tenderləri üçün bu şəxslərin hər bir ləvazimatı hazırdır. Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin "Qış” qarajının müdiridir. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov həbs olunandan sonra ölkə mətbuatı Vidadi Zeynalovun Rafael Mehrəliyevin dayısı olduğundan çox yazıb. Ancaq 365info saytı bu şəxslərin qohumluq əlaqələrinə də
aydınlıq gətirib. Belə ki, Rafael Mehrəliyevin qardaşı, Naftalan RPŞ-nin keçmiş
rəisi Mübariz Mehrəliyev Vidadi Zeynalovun bacısı qızının həyat yoldaşıdır.
Mübariz Mehrəliyevin qaynı Yaşar Bakı şəhər İH MKTD-nin 3 saylı xüsusi təyinatlı
MKTB-nin rəisi vəzifəsində işləyib. Vidadi Zeynalovun həbsindən üç gün sonra
Yaşar Rafael Mehrəliyevin əmri ilə işdən azad olunub. Vidadi Zeynlovun Vahid
adlı qardaşı MTN-in Tədris Mərkəzinin rəis əvəzi vəzifəsində işləyib. Vahid
Zeynalovun həyatda ən böyük arzusu MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsinə təsdiqlənərək
general-mayor rütbəsi almaq olub. Ancaq onun da bu arzusu bəziləri kimi ürəyində
qalıb. Bu yazıda adları çəkilən hər bir şəxsin fikrini dərc etməyə hazırıq. Araşdırmamız davam edir”.
Вернуться назад |