Главная > Problem > Səhiyyə Nazirliyi: Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb

Səhiyyə Nazirliyi: Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb


26-01-2018, 16:20.

            Səhiyyə Nazirliyi: Ötən il 362 qida zəhərlənməsi olub, 6 nəfər ölüb

 

2017-ci ildə Azərbaycanda baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb.

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov APA-ya deyib ki, ötən il əhali arasında 362 qida zəhərlənməsi halı baş verib, 565 nəfər zərər çəkib.

O bildirib ki, qida zəhərlənmələrindən 21-i botulizm hadisəsi olub, zərərçəkənlərin sayı 41 nəfər təşkil edib.

Z. Kazımovun sözlərinə görə, 2017-ci ildə 6 nəfər qida zəhərləməsi nəticəsində ölüb.

Şöbə müdiri ölüm hallarının səbəblərini də açıqlayıb. O qeyd edib ki, ölüm halları ev şəraitində hazırlanmış turşulardan baş verib.

 


Вернуться назад