Главная > Ümumi > Ərdoğan ABŞ-ı Suriyada kürdlərə silah tədarükünü dayandırmağa çağırıb

Ərdoğan ABŞ-ı Suriyada kürdlərə silah tədarükünü dayandırmağa çağırıb


25-01-2018, 00:39.

                  Ərdoğan ABŞ-ı Suriyada kürdlərə silah tədarükünü dayandırmağa çağırıb

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-lı həmkarı Donald Trampla telefonla danışığı zamanı Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə "Milliyet” məlumat verib. Öz növbəsində, ABŞ prezidenti Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib.

 

"Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır”, Ağ Evin məlumatında bildirilib.

 


Вернуться назад