Главная > Mədəniyyət > “Cocuqlar Duymasın”ın Tunası Bakıda

“Cocuqlar Duymasın”ın Tunası Bakıda


24-01-2018, 16:54.

                             "Cocuqlar Duymasın”ın Tunası Bakıda

Türkiyənin kino və teatr aktyoru, rejissor Volkan Severcan Azərbaycan Dövlət Musiqili Teatrının qonağı olub.

 

Teatrın mətbuat xidmətindən verilən xəbərə görə, mötəbər qonağı direktor müavini Hüseyn Hüseynov qəbul edib. Səmimi və işgüzar şəraitdə keçən görüşdə iki qardaş ölkə arasındakı mədəni əlaqələrdən söhbət açılıb, bir sıra yaradıcı təkliflər səsləndirilib. Daha sonra H. Hüseynov qonağı teatrın inzibati binası ilə tanış edərək yaranma tarixi, təmir işlərindən sonrakı fəaliyyəti, tamaşaçılar və teatrın kollektivi üçün burada yaradılmış şərait barədə ətraflı məlumat verib.

 

Azərbacan tamaşaçılarının "Cocuklar duymasın”, ”Çiçək taksi”, "Hababam sınıfı askerde” və digər onlarla məşhur seriallardan yaxşı tanıdığı Volkan Severcan teatrda yaradılmış şəraitin çox yüksək səviyyədə olduğunu bildirib.

 

Çoxşaxəli yaradıcılığı, səhnə fəaliyyəti, aktyorluq məharəti, rejissorluğu, eləcə də, dublyaj etdiyi xarici filmlərdəki səs tembri ilə tamaşaçıların rəğbətini qazanan Volkan Severcan Musiqili Teatrdan xoş təəssüratlarla ayrılıb.

 



Вернуться назад