Главная > Region > Fazil Məmmədov MTN-in idarə rəisinə 200 min manat niyə verib?

Fazil Məmmədov MTN-in idarə rəisinə 200 min manat niyə verib?


29-01-2016, 15:05.
Vergilər naziri onun haqqında mətbuatda gedən yazıların sifarişçisini axtararkən xalası oğluyla üz-üzə qalıb

Bir müddət əvvəl ləğv olunmuş MTN-də çalışanlarla bağlı ilginc informasiyalar hələ də mətbuata sızmaqdadır. JAM.AZ xəbər verir ki, gedişat fonunda üzə çıxan bir sıra detallar içində məmurların MTN rəhbərliyinə mənbə üçün pul xərcləmələri də yer alıb. 

Qeyd edək ki, indiyə qədər bir neçə məmurun pul müqabilində mətbuatda «vurulması»nın səbəbkarlarını tapdıqları deyilir. Lakin bu məmurların heç də hamısının adları açıqlanmayıb. Cumhuriyyet.az saytı isə bu qəbildən olan daha bir məlumatı üzə çıxarıb. 

Sayt yazır ki, pul verib, mənbə axtaran nazirlərdən biri də Fazil Məmmədov olub. Vergilər naziri MTN-in idarə rəisi və müavinlərindən birinə müraciət edərək, onlardan yardım istəyib. Pul müqabilində istənilən işi görən «mtnçi»lər qısa müddətdə araşdırma apararaq, nazir haqqında mətbuata məlumat ötürən şəxsi müəyyənləşdirə biliblər. 

Sayta məlumat verən mənbə bildirir ki, Fazil Məmmədovla bağlı mətbuata dəqiq məlumat ötürən şəxs isə heç də kənar biri olmayıb. «Nazir mənbənin tapılıb üzə çıxarılması üçün 200 min manat pul xərcləməli olub. MTN rəhbərliyi isə mətbuatdakı adamları vasitəsi ilə mənbənin kimliyini dəqiqləşdiriblər və Fazil Məmmədov nəticədən şoka düşüb. Məlum olub ki, informasiyaları ötürən şəxs elə nazirin doğmaca xalası oğlu imiş». 

Cumhuriyyet.az onu da xəbər verir ki, xalası oğlunun belə hərəkətindən bərk qəzəblənən nazir onu MTN təcridxanasına salınmasını istəyib. «Mənbə iddia edir ki, təcridxanada vəhşicəsinə döyülən xalaoğlu elə oradaca iflic keçirir. Lakin sonradan oradan çıxarılan nazirin qohumu bir müddət müalicə alıb. Nazirin yaxın adamlarının nəzarəti altında aldığı müalicədən sonra qohumu ölkədən çıxarılıb. Və onu ailəsinə bağışladıqlarını bildiriblər. Xalaoğlu isə tutduğu əməldən peşman olduğunu dilə gətirib».

Qarşı tərəfi də dinləməyə hazırıq. 
Вернуться назад