Главная > Hadisə > Tövlədən saman çıxartmaq istəyən qadını ilan sancdı - VİDEO

Tövlədən saman çıxartmaq istəyən qadını ilan sancdı - VİDEO


23-01-2018, 13:13.

                Tövlədən saman çıxartmaq istəyən qadını ilan sancdı -VİDEO

 

Cəlilabadda qadını ilan sancıb.

ARB TV xəbər verir ki, Hacıcavad kəndində Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istəyən zaman bağlamanın arasında olan ilan onun sol əlini sancıb.

Seyfəddin İsrafilov (zərərçəkənin həyat yoldaşı): "Tövlənin içində ot presləri var. Samanları çıxartmaq istəyəndə ilanı görməyib və əlini dişləyib".

Qadın yaxınları tərəfindən kəndin həkim məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəyə zərdab vurulub, müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

 


Вернуться назад