Главная > Baş Xəbər / Ölkə > BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək

BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək


23-01-2018, 08:09.

                       BAO "RƏSULZADƏ-134”mövzusunda Dəyirmi Masa keçirəcək

 

27 Yanvar 2018-ci il tarixində saat 15:00-da Bütöv Azərbaycan Ocaqlarının təşkilatçılığı ilə Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi, publisist, Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan siyasi mühacirətinin lideri, Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri olan M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş "RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçiriləcək.

Tədbirdə siyasi analitiklər, ictimai-siyasi fəallar, ziyalılar, gənc nəslin nümayəndələri və b. iştirak edəcəklər. Hər bir şəxsin iştirakı arzu olunandır. * Ünvan: Bakı şəhəri, Ələşrəf Əlizadə-31, BAO-nun qərargahı (Təfəkkür Universitetinin, Nərimanov rayonu İcra Hakimiyyətinin və Şərq Bazarının yaxınlığı).

BAO İnformasiya Xidməti


Вернуться назад