Главная > Ölkə > Həlak olan polkovnik Aprel döyüşünün qəhrəmanı olub - Video

Həlak olan polkovnik Aprel döyüşünün qəhrəmanı olub - Video


21-01-2018, 20:41.

             Həlak olan polkovnik Aprel döyüşünün qəhrəmanı olub -Video

 

Xəbər verdiyimiz kimi, təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu həlak olub.

Qaynarinfo.az xəbər verir ki, polkovnik Rahim Əliyev Lələ təpə və Cocuq Mərcanlının düşmən işğalından azad edilməsi əməliyyatlarında iştirak edib. Polkovnik Əliyev Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif edilib.

Aşağıdakı videoda R.Əliyev Azərbaycanın Milli Qəhrəmanı Fred Asif (Məhərrəmov) haqqında danışır. O, Fred Asifin batalyonunda erməni işğalçılarına qarşı döyüşüb.


Вернуться назад