Главная > İdman > Ronaldo gedir: Prezident icazə verdi

Ronaldo gedir: Prezident icazə verdi


21-01-2018, 18:08.

                         Ronaldo gedir: Prezident icazə verdi

 

"Real”ın hücumçusu Kriştiano Ronaldo komandanı yayda tərk edə bilər.

Qol.az-ın yaydığı xəbərə görə, klubun prezidenti Florentino Peres portuqaliyalı ulduzun mövsümün sonunda başqa komandaya keçməsinə razılıq verib.

"Kral klubu” 2021-ci ilə qədər müqaviləsi olan 32 yaşlı futbolçu üçün 1 milyard avro təzminat tələb edir. Ronaldo isə klubdan onu 100 milyon avrodan baha satmamasını istəyir. Bu mənada tərəflər ortaq məxrəcə gəlməyə çalışırlar.

Qeyd edək ki, Ronaldonun xidmətində PSJ, Çinin "Tyançzin Çyuançzyan” klubu, eyni zaman forvardın sabiq komandası "Mançester Yunayted” maraqlıdır. Hətta sonuncular Aleksis Sançesin transferinə baxmayaraq, Ronaldonu qaytarmağa hazırdırlar. Hətta bir müddət öncə Ronaldonun 400 milyon avro müqabilində "qırmızı şeytanlar”a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

 


Вернуться назад