Главная > Region > Salyanda ruhi xəstələrin haqqını necə yeyirlər?

Salyanda ruhi xəstələrin haqqını necə yeyirlər?


28-01-2016, 22:28.
 
Baş həkim Ruhəngiz Əliyeva bir ədəd çörəyi 70 qəpiyə sənədləşdirib 

Salyanda Rayonlarası Rayonlararası Psixiatriya Xəstəxanası hələ 1963-cü ildən fəaliyyət göstərir. Şorsulu qəsəbəsində yerləşən bu xəstəxanada əsasən ruhi-əsəb sistemləri xəstə olan insanlar qalırlar. Hazırda ikimərtəbəli yeni təmirdən çıxmış binada 100 çarpayılıq yer var. Elə pasiyent də az deyil. 

 Xəstəxananın baş həkimi Ruhəngiz Əliyevadır. Bir çoxları onun fəaliyyətindən narazı olsalar da, bəziləri ruhi xəstələrin haqqının yeyilməsinin bağışlanmaz olduğunu vurğulayırlar. 

Qeyd edilir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasına yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması üçün ayrılmış 48326.9 manat vəsaitə heç də yüksək keyfiyyətli mal alınmayıb. «Ağaşir Müəssisəsi» MMC-dən alınan bərk inventarlar da eyniyyət təşkil edib və onların aşağı keyfiyyətdə olduğu vurğulanır. Amma bunun üçün də 48333 manat vəsait xərcləndiyi sənədləşdirilib. 

Qeyd edək ki, sözügedən xəstəxananın baş həkimi camaşırların yuyulması üçün ayrılmış 6000 manatı öz malı kimi xərcləyib. Bu gün orada yatan xəstələrə isə elə köhnə və çirkin içində olan yataq dəstləri verilir. 

Xəstəxanada həyata keçirilmiş cari təmir işlərinə ayrılmış 15 min manatın da məqsədli şəkildə ayrıldığı qeyd edilir. Ona görə ki, sözügedən tibb ocağı bir il bundan əvvəl əsaslı təmirdən çıxıb.

İdarənin cari xərcləri üçün 8000 manat, dəftərxana ləvazimatlarının alınmasına isə 11 min manatın xərcləndiyi rəsmiləşdirilsə də, həmin pulların baş həkimin qazancı olduğu vurğulanır. 

 Demokratiya.info xəbər verir ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasında ruhi xəstələrə verilən çörəyin də qiyməti xeyli şişirdilib. Məlumata görə, xəstəxanaya çörək məhsullarının alınması üçün 12265 manat ayrılıb. Lakin sənədləşmədə bir ədəd çörəyin qiyməti 70 qəpik göstərilib. 

Elə ərzaq məhsullarının alınması da 192 min manat ayrıldığı vurğulansa da, ilboyu bu pulun yarısının belə xərclənmədiyi deyilir.
 
Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq


Вернуться назад