Главная > Dünya > Rus jurnalistlər Afrində: “Türk ordusu zəfər qazanır”

Rus jurnalistlər Afrində: “Türk ordusu zəfər qazanır”


20-01-2018, 15:48.

                Rus jurnalistlər Afrində: "Türk ordusu zəfər qazanır”

Hadisələri izləmək üçün Suriyanın Afrin əyalətinə gedən rus jurnalistlər ilikn qarşıdurmalarda türklərin zəfər qazandığını bildiriblər.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, iddialara görə, dünən gecə türk ordusu Afrin əyalətinin qərb bölgəsində yerləşən Baliyə kəndi istiqamətində ağır silahlarla hücuma keçib və PKK/PYD/YPG terrorçu qruplaşmanın üzvləri ağır itkilərlə kəndi boşaldaraq geri çəkiliblər.

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bölmələrinin şərq istiqmətdən Afrinə doğru irəlilədiyi bildirilir.

Rus jurnalistlər isə bunu "Türk ordusunun ilk zəfəri" və "YPG-nin ASO-ya ilk məğlubiyyəti" qələmə veriblər.

 


Вернуться назад