Главная > GÜNDƏM > ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb

ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb


20-01-2018, 13:23.

                       ABŞ hökuməti fəaliyyətini rəsmən dayandırıb

 

Respublikaçılar partiyası ilə Demokratlar partiyası büdcə məsələlərində anlaşmadıqları üçün ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

"Report" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, ABŞ Konqresi bu gün Bakı vaxtı ilə saat 09:00-da 2018-ci il büdcəsini qəbul edə bilmədiyini bildirib. Nəticədə ABŞ federal nazirlikləri və qurumları öz işlərini dayandırmağa məcbur olublar.

Qeyd edək ki, büdcə anlaşmazlığına ABŞ-a uşaq yaşlarında köçən insanların qorunmasını təmin edən DACA adlı proqramın səbəb olduğu bildirilir.

Xatırladaq ki, ABŞ hökuməti fəaliyyətini son dəfə 2013-cü ildə dayandırıb. O zaman razılaşma 16 gün sonra əldə olunub.

"Report"un analitik qrupu bildirir ki, ABŞ hökumətinin fəaliyyətini dayandırması dolların məzənnəsinə qısamüddətli də olsa, mənfi təsir edəcək. Əsas valyuta cütlüyü sayılan USD/EUR məzənnəsinin önümüzdəki həftə 1,24 səviyyəsinə qədər yüksələcəyi istisna edilmir.

 


Вернуться назад