Главная > Ölkə > Şəhidimiz Neftçalada uğrunda həlak olduğu torpağa tapşırıldı-FOTOLAR+ VİDEO

Şəhidimiz Neftçalada uğrunda həlak olduğu torpağa tapşırıldı-FOTOLAR+ VİDEO


20-01-2018, 16:33.

 

                      Şəhidimiz Neftçalada uğrunda həlak olduğu torpağa tapşırıldı-FOTOLAR

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan Azərbaycan Ordusunun əsgəri  İbrahim Möhsüm oğlu Mənəfov bu gün  doğulduğu Neftçala rayonunda torpağa tapşırılıb.

 

Uluyol.az-ın Neftçalaya ezam olunan əməkdaşının bildirdiyinə görə, Şəhidimizin nəşi gecə saatlarında rayonun Mərkəzi Cümə məscidinə gətirilib.

Vefali Huseynov adlı şəxsin şəkli.Vefali Huseynov adlı şəxsin şəkli.

 

Bu gün səhər saatlarında ata yurduna aparılıb və oradan Bankə qəsəbəsi "Seyidlər"qəbiristanlığında uğrunda həlak olduğu torpağa tapşırılıb.

Şəhidimizin nəşi maşın karvanı, insan axını ilə müşahidə edilib. Dəfn mərasimində rayon ictimaiyyəti, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.Şəhidin məzarı başında çıxış edən hərbçi dostları və zabitləri əsgər Mənəfov İbrahim Möhsüm oğlunun hərbi tapşırıqları yerində həyata keçirən, nizam-intizamlı, döyüş tapşırığını layiqli yerinə yetirən əsgər kimi səciyyələndirilib. Şəhidimizin Milli Aviasiya Akademiyasının məzunu olması onun hərbi xidmətdə fərqlənməsinə təkan verib.Şəhidimiz kiçik yaşlarından idmanın bir neçə növü üzrə məşğul olub və yarışlarda təltif edilmişdi.

Ibrahim Manafov adlı şəxsin şəkli.Natiq Maharramli adlı şəxsin şəkli.


 Şəhidimiz yaylım atəşi ilə torağa tapşırılıb və Qurani-Kərimdən Yasin surəsi hədiyyə edilib. Yanvar hadisələri haqqında qeyd olunub və bütün şəhidlərimizin ruhlarına dualar oxunub.

Uluyol.az xəbər verir ki, Mənəfov İbrahim Möhsüm oğlu 1995-ci il martın 31-i dünyaya gəlib. Neftçala rayonu N.Gəncəvi adına 3 saylı orta məktəbin məzunu olub.Məktəbi bitirdikdən sonra Milli Aviasiya Akademisyasına qəbul olub.Ötən ilin iyul çağırışında həqiqi-hərbi xidmətə yollanıb.

 

Ermənistan silahlı qüvvələrinin yanvarın 19-u atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada əsgər Mənəfov İbrahim Möhsüm oğlu qəhrəmancasına şəhid olub.


Uluyol.az-ın kollektivi Şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyirik. Vətən sağ olsun!

P.S. Bu gün ölkə mediyasının ən aparıcı saytları şəhidin dəfn olunması xəbərində böyük yanlışa yol veriblər. Beləki, bu gün səhər 11 radələrindən dəfn mərasimin artıq bitdiyi yazılırdı. Dəfn isə yazılan vaxtdan iki saat sonra keçirildi. Bu isə yüzlərlə mərasimə qatılmaq niyyətində olan insanları çaşdırıb. Redaksiya nömrəmizə onlarla oxuduqları xəbəri dəqiqləşdirmək istəyənlər zəng vururdu. Çalışaq səhvimizi Şəhidimiz Mənəfov İbrahimin məqamına layiqli düzəldək...

P.S.S. Neftçala rayonu Bankə qəsəbəsi "Seyidlər" qəbiristanlğında 1918-ci il hadisələrində Nuru Paşanın komandanlığı ilə gələn və bu torqalarda şəhid olan 10 türk əsgərinin məzarlarınıda ziyarət etdik.



Uluyol.az, Saday Fərəcov


 

Aşağıdakı linkdən dünən yayınladığımız yazını oxuya bilərsiniz:

Şəhidimizin mesajı-"Allah bizə Şəhidliyi layiq bilsin İnşaallah"- FOTOLAR


Вернуться назад