Главная > Ümumi > Ötən rüb “Facebook” 1,5 milyard dollar qazanıb

Ötən rüb “Facebook” 1,5 milyard dollar qazanıb


28-01-2016, 18:08.

bitmap-img6

"Facebook” şirkəti sonuncu rübün nəticələrinin hesabatını verib

 


Lent.az-ın "gazeta.ru” saytına istinadən bildirir ki, eyni adlı sosial şəbəkəyə sahib şirkətin gəlirləri 2015-ci ilin son rübündə 5,8 milyard dollar olub. Şirkətin həmin rüb üçün xalis mənfəəti isə 1,56 milyard dollar təşkil edib.
 
Son rüb ərzində şirkətin gəlirləri ötən ilin eyni dövründəki göstəricidən iki dəfə çox artıb və 700 milyon təşkil edib. "Facebook” şirkətinin ümumi gəliri isə bir ildə 2 milyard dollar artıb. 

Şirkətin orta gündəlik auditoriyasında artım qeydə alınıb. 2015-ci ilin dekabrında sosial şəbəkə 1,04 milyard istifadəçi nəticəsini əldə edib ki, bu da bir il öncəki dövrdən, yəni 2014-cü ilin dekabr ayındakı göstəricilərdən 17 faiz çoxdur.
 
Şirkətin qurucusu və rəhbəri Mark Sukerberq isə vurğulayıb ki, "Facebook”un biznesi inkişaf edir və geridə qalan il şirkət üçün olduqca gözəl idi. 

Вернуться назад