Главная > Ölkə / Aktual / Cəmiyyət > Müsavat hakimiyyətdən seçkilərin dayandırlımasını tələb etdi

Müsavat hakimiyyətdən seçkilərin dayandırlımasını tələb etdi


26-10-2015, 13:44.

1445780648 imageDünən Yasamal rayonunda "Məhsul” stadionunda Müsavat Partiyası seçicilərlə görüş-mitinqi keçirib.

Görüş-mitinqin sonunda Müsavat Partiyası qətnamə qəbul edib. Bastainfo-ya Partiyanın mətbuat xidmətindən qətnamənin mətni daxil olub. Həmin qətnamənin tam mətni ilə sizləri də tanış edirik: 

 

Müsavat Partiyasının 25 oktyabr 2015-ci il tarixli görüş-mitinqinin

QƏTNAMƏSİ

Ölkədə azad və ədalətli seçkilərin keçirilməsi üçün seçkiqabağı demokratik şərait yoxdur.

Seçki qanunvericiliyi belə seçkilərin keçirilməsinə imkan vermir. Seçki komissiyaları tam olaraq hakimiyyətin nəzarəti altındadır.

Bərabərhüquqlu təbliğat imkanları mövcud deyil, xüsusilə pulsuz efir vaxtının verilməməsi bu imkanları tamamilə aradan qaldırıb.

Yüzədək siyasi məhbusun olması, seçki kampaniyası dövründə də repressiyaların davam etməsi,soz və ifadə azadlığına qarşı davamlı basqilar, saxtakarlıqların və qanun pozuntularının vüsət alması vəziyyəti bir qədər də ağırlaşdırır.

Qeyd edilənləri nəzərə alaraq Müsavat Partiyasının 1 noyabr Parlament seçkiləri ilə əlaqədar təşkil etdiyi görüş-mitinq adından tələb edirik:

1. Siyasi məhbuslar azad edilsin.

2. Azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılsın.

3. Seçki qanunvericiliyində əsaslı dəyişikliklər edilsin, ilk növbədə seçki komissiyalarının müstəqilliyi təmin edilsin.

4. Bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməsi, xüsusilə ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtı ayrılsın.

5.Seçki kampaniyası dövründə Müsavat Partiyasından olan və digər namizədlərin imzatoplama, eyni zamanda, təbliğat kampaniyasına qeyri-qanuni müdaxilə edən yerli hakimiyyət və icra orqanlarının nümayəndələri barədə ciddi tədbir görülsün.

6. Bütün bu və digər zəruri tədbirlərin görülməsi üçün parlament seçkiləri dayandırılaraq,

4 aydan sonraya təyin edilsin.

 bastainfo.com

                                 


Вернуться назад