Главная > Region > Qardaşların ixtirası hər kəsi təəccübləndirdi - VİDEO

Qardaşların ixtirası hər kəsi təəccübləndirdi - VİDEO


16-01-2018, 13:08.

                       Qardaşların ixtirası hər kəsi təəccübləndirdi - VİDEO

 

Qubanın Amsar kəndində yaşayan Ramazanov qardaşları müxtəlif texnikaların iş prinsipinə baxaraq, hidravlik robot və qaldırıcı qurğu düzəldiblər.

ARB TV xəbər verir ki, bu işə yeni başladıqlarından hələ ki, iş prinsipi sadə olan qurğular üzərində çalışırlar.

Qardaşlar robortları düzəltək üçün müxtəlif ölçülü şprislər, yapışqan və kordonlardan istifadə ediblər.

Ramazanov qardaşlarının hazırladığı qurğular məktəblərində və rayon miqyasında keçirilən sərgilərdə maraqla qarşılanıb. Hüseyn Ramazanov bildirir ki, uşaqlıqdan traktorların necə işləməsi, ekskavatorun, kranın iş prinsipi ilə maraqlanıb.

Hüseyn Ramazanov – Məktəbli: "Bu qurğunun iş prinsipi, qarşısındakı cismi götürərək yerini dəyişməkdir. Bu bizim hobbimizdir. Dərslərimizi oxuduqdan sonra boş vaxtımızı səmərəli keçirmək istəyirik”.

15 yaşlı Hüseynin və ondan 2 yaş balaca qardaşı Emilin fizika fənninə böyük maraqları var. Robotları isə asudə vaxtlarında düzəldiblər. Hər 2 məktəbli gələcəkdə ali təhsil almaq arzusundadır.

 


Вернуться назад